Bizim Gülbala (film, 1961)
Bizim Gülbala qısametrajlı sənədli filmi rejissor İsmayıl Xəlilov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur.
== Məzmun ==
Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur.O əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamış, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçısı olmuş, neft mədənlərində fəhlə, usta, mühəndis işləmişdir. Neft sahəsində mütəxəssislərin hazırlanmasında Gülbala Əliyevin böyük xidmətləri vardır.Kinooçerkdə neft ustasının həyat və əmək fəaliyyətinin ayrı-ayrı anları canlandırılmışdır.
== İstinadlar ==
== Mənbə ==
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.